Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Mədəniyyət Mərkəzinin və Dövlət Rəsm Qalereyasının əməkdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında beynəlxalq festivalda iştirak ediblər.
İyunun 1 və 2 tarixlərində keçirilən festivala Ağdaş rayon Mədəniyyət Mərkəzinin kəndirbaz kollektivi bir-birindən maraqlı çıxışları, mədəniyyət mərkəzinin rəssamı və Ağdaş Dövlət Rəsm Qalereyasının əməkdaşı öz əsərləri ilə qoşulublar.
Festivalın keçirilməsi tərəkəmə həyat tərzinin və köç yollarının YUNESKO siyahısına alınması ilə səsləşir. Festival təşkilatçılarının əsas hədəfi festivalın davamlı olması və YUNESKO-nun ilkin qeyri-maddi mədəni irs siyahısına daxil olmasıdır.
#MədəniyyətNazirliyi #MinistryofCulture #MərkəziAranRMİ #MirasİB #MirasİctimaiBirliyi #QHT #NGO #Ağsu #Gəgəli #Culture #CulturalHeritage #Tərəkəmə #Folklor #Festival #Transhumance
