Sizin reklam burada
Sizin reklam burada

Uşaq musiqi və incəsənət məktəblərində yekun konsertlər keçirilib

Xəbər verdiyimiz kimi, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində 2023/2024-cü tədris ili üzrə yekun konsertləri keçirilir.
Ənənəvi olaraq hər tədris ilinin sonunda keçirilən konsert proqramlarında müxtəlif ixtisaslar üzrə tədris alan şagirdlər il ərzində mənimsədikləri bilik və bacarıqlarını nümayiş etdirirlər.
Növbəti konsert proqramları iyunun 3-də Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbi, Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbi, iyunun 4-də isə Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi, Ağdaş rayon Ləki qəsəbə Uşaq Musiqi Məktəbi və Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi tərəfindən təşkil edilib.
Yekun konsertlərdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, şagirdlərin valideynləri və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov çıxış edərək, şagirdlərə uğurlar arzulayıb. Eyni zamanda rəis çıxışında, müəllim kollektivlərinə musiqi məktəblərində təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini bildirib.
Qeyd edək ki, bununla da Regional idarənin tabeliyində fəaliyyət göstərən musiqi məktəbləri üzrə yekun hesabat konsertləri başa çatıb.

  • Sosial şəbəkədə paylaş