







16 may tarixində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Rayon Mədəniyyət Mərkəzində "18 may - Beynəlxalq Muzeylər Günü" münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və mədəni-maarif işçiləri iştirak etmişdir.
Tədbirdə Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsi olan Basqal kələğayıları, milli xalçalar, Basqal qəsəbəsinə aid milli kulinariya, mədəni irs nümunələri və ağac oyma sənətinin nümunələri nümayiş etdirilmişdir. Tədbir Heydər Əliyev adına Rayon Mədəniyyət Mərkəzinin 'Niyal" instrumental ansamblının konsert proqramı ilə davam etdirildi.