Tovuz rayon Mədəniyyət Mərkəzinin və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə Xalq şairi Hüseyn Arifin 100 illiyi ilə bağlı yaradıcılıq gecəsi keçirilib.
Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində təqdim olunan "Könül dünyamızın Arifi" adlı gecədə çıxış edənlər unudulmaz şair Hüseyn Arifin Azərbaycanın şeir sənətinə verdiyi töhfələrdən və onun vətənpərvərlik ruhunda yazdığı şeirlərin gələcək nəsillərin təlim-tərbiyəsində müstəsna əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, görkəmli poeziya ustası Hüseyn Arifin yaradıcılığı xalqımız tərəfindən daim yüksək qiymətləndiriləcəkdir.
Yaradıcılıq gecəsi Xalq Şairi Hüseyn Arifin sözlərinə bəstələnmiş mahnıların ifası ilə davam etdirilib.
