Şəmkir rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Hüseyn Arifin yaradıcılığından bəhs edən "Hüseyn Arif - 100" başlıqlı kitab sərgisi ilə tanış olublar.
Əməkdar mədəniyyət işçisi, Yazıçılar birliyinin üzvü, Qızıl Qələm mükafatına layiq görülmüş şair Məzahir Hüseynzadə Hüseyn Arifin həyat və yaradıcılığı haqqında məlumat verərək bildirib ki, Azərbaycan təbiətinin möhtəşəm gözəlliyinin vurğunu olan Hüseyn Arif əlinə qələm aldığı gündən təbiəti vəsf edib, onunla daimi təmasda olub, bəlkə də bu səbəbdəndir ki, yazdıqları da təbii, səmimi alınıb. “Həyatı anlayanda həyatdan gedir insan” - deyən Hüseyn Arifin həyat haqqında məntiqi qənaəti, yazdığı şeirləri daim oxucuların rəğbətinə səbəb olub. Onun istedadı hər zaman yüksək qiymətləndirilib.
Tədbirin sonunda şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, saz havaları ifa olunub.