Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.
Müəssisələr tərəfindən konfrans, mühazirə, toplantı, dəyirmi masalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, kitab və rəsm sərgisiləri təşkil edilib. Eyni zamanda, 1918-ci ildə törədilən qanlı hadisələr haqqında sənədli və bədii filmlər də nümayiş etdirilib.
Tədbirlərdə soyqırıma məruz qalmış qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımının tarixi haqqında məlumat verilib.