Sizin reklam burada
Sizin reklam burada

Abşeronda Novruz bayramı təntənəli qeyd olundu

Abşeron rayonunda ümumrayon Novruz bayramı şənliyi keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi, Abşeron rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında baş tutan şənlikdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, mədəniyyət, təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və ümumilikdə şəhər sakinləri iştirak ediblər.
Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəblər və bağçalar öz stendləri ilə qonaqları sevindirib. Dədə Qorqud və Bahar Qız yazın gəlişini müjdə verməklə abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb.
Bayram şənliyinin məşəlini alovlandırmaq üçün cəngavərlər meydana daxil olub və şəhid övladları ilə birgə tonqal qalayıblar.
Tədbirdə Abşeron rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları ədəbi-bədii kompozisiyaları, şerləri, foklor kollektivlərinin maraqlı çıxışları, xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları ilə iştirak ediblər.
Sonda tanınmış incəsənət xadimləri və Abşeron rayon Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ