




Aprelin 2-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəznində fəaliyyət göstərən müəssisə əməkdaşlarının iştirakı ilə "Media savadlılığı" mövzusunda müşavirə keçirilib.
Keçirilən müşavirədə yeni medianın həyatımızdakı rolundan eyni zamanda medianı məharətlə tapmaq, istifadə etmək, məlumatları və məzmunu gözdən keçirmək, axtarmaq və idarə etmək bacarığından bəhs edilib.
Əlavə olaraq qeyd edilib ki, media məzmun yaratmaq, auditoriya və yaradıcılıq texnikasını dərk etməklə özünü inamla ifadə etmək bacarığıdır.
Tədbirin sonunda iştirakçılara yeni media bacarıqlarına sahib olmaları üçün tövsiyələr verilib və təkliflər dinlənilib.