arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Ucar rayonu üzrə nümayəndə Alı Qədir oğlu Babayev çalışmanın yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınıb

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Ucar rayonu üzrə nümayəndə Alı Qədir oğlu Babayev çalışmanın yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınıb


Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Ucar rayonu üzrə nümayəndə Alı Qədir oğlu Babayev çalışmanın yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınıb.
Alı Babayev 21 dekabr 1958-ci ildə Ucar rayonu, Müsüslü kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetini (V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutu) “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirmişdir. 1981-1986-cı illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində müəllim, 1986-1994-cü illərdə Müsüslü kənd məktəbinin direktoru, 1994-1998-ci illərdə “Müsüslü” Kolxozunun sədri, 1998-2010-cu illərdə Ucar rayon İcra Hakimiyyəti Başçısının Müsüslü və Təzə Şilyan kəndləri üzrə nümayəndəsi vəzifələrində çalışmışdır. 2010-cu ildə Ucar rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, 2017-ci ildə Ağdaş Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Ucar rayonu üzrə nümayəndə vəzifəsinə, 2023-cü ildə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Ucar rayonu üzrə nümayəndə vəzifəsinə keçirilmişdir.
O, işlədiyi müddətdə kollektiv arasında hörmət qazanmış, regionda mədəniyyətin inkişafına ciddi töhvələr vermiş, səmərəli fəaliyyəti ilə əlaqədar dəfələrlə təltif olunmuşdur.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin çoxsaylı kollektivi adından Alı Babayevin mədəniyyət sahəsində uzun müddətli fəaliyyətini yüksək qiymətləndirir, həyatında uğurlar arzu edirik.

  • Sosial şəbəkədə paylaş