16 mart 2024-cü il il tarixində Şamaxı rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları, ictimaiyyət nümayəndələri, rayonunun idarə, təşkilat və müəssisələrinin kollektivləri iştirak ediblər.
Novruzun atributları ilə bəzədilən meydanda Novruz çadırları qurulub, mədəniyyət müəssisələrinin və rəssamların əl işlərindən ibarət sərgilər nümayiş olunub. Xalqımızın milli adət-ənənələrinin, geyimlərinin nümayişi, kəndirbazların, pəhlivanların çıxışı, böyük maraqla qarşılanıb. Solistlərin ifasında bayram əhvali-ruhiyyəli mahnılar səsləndirilib.