18 mart 2024-cü il il tarixində Qobustan rayonunda Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları, ictimaiyyət nümayəndələri, rayonunun idarə, təşkilat və müəssisələrinin kollektivləri iştirak ediblər.
Tədbirdə solistlərin ifasında səslənən bayram əhvali-ruhiyyəli mahnılar, musiqi məktəblərinin şagirdlərinin çıxışları xoş təəssüratlarla yadda qalıb.