Mingəçevir şəhər Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzində Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi münasibətilə "Baharın müjdəçisi - Yel çərşənbəsi" başlığı altında bayram şənliyi keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ictimaiyyəti, qəsəbə sakinləri iştirak ediblər.
İcra Hakimiyətinin başçısı İlham İsmaylov çıxış edərək tədbir iştirakçılarına bayram təbriklərini çatdırıb.
Rəngarəng konsert proqramının müşaiyəti ilə davam edən bayram şənliyində novruzun qəhrəmanları - Kosa və keçəlin şən zarafatları iştirakçılarda xoş ovqat yaradıb. Dədə Qorqud və Bahar qızının gəlişi ilə daha da şənlənən tədbirdə bayram tonqalı alovlandırılıb.