Martın 18-də Novruz bayramı münasibətilə Ucar Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsində olan Ucar rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılğı ilə ümumrayon tədbiri keçirilib.
Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və icra hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, Ucar rayonu üzrə mədəniyyət müəssisələrinin işçiləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Milli mətbəxin ləziz təamlarının, novruz bayramına xas olan adət-ənənələrin nümayiş etdirildiyi bayram tədbiri konsert proqramı ilə davam etdirilib.