Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasimi keçirilib

22 fevral 2024-cü il tarixində Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub. Dəfn mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, digər dövlət rəsmiləri, M.Süleymanlının ailə üzvləri, qələm dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mövlud Süleyman oğlu Balakişiyev 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda - Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan M.Süleymanlının "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” əsərlərindən ibarət “Ayın aydınlığında” (1979) kitabları vardır. M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib.
Allah rəhmət eləsin!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ