Qax rayonunda “Şəfqət, mərhəmət, dövlət və xalqa xidmət nümunəsi” adlı konfrans keçirildi.
Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova, Qax rayon İcra Hakimiyyətinin əməkdaşı Fərid Muradov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Arzu Dunusova və mədəniyyət müəssisə əməkdaşları iştirak edib.
Konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın həyat və fəaliyyəti, xalqımız, dövlətimiz üçün gördüyü işləri haqqında məlumat verilib.
Daha sonra konfransda mövzu ətrafında çıxışlar və məruzələr dinlənilib.
Çıxışların sonunda milyonların sevimlisi olan Mehriban xanım Əliyevaya can sağlığı, uzun ömür, Azərbaycançılıq məfkurəsinin inkişafı və müstəqil dövlətimizin daha da güclü, qüdrətli olması yolunda göstərdiyi şərəfli fəaliyyətində arzu olunmuş uğurlar ifadə edilib.