Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində Kəlağayı ev muzeyinin kəlağayılarından ibarət sərgi təşkil olunub.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi
şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı ev muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxış edərək, sərginin mahiyyətindən və vacibliyindən danışıb.
Sərgi konsert proqramı ilə davam edib.