Sizin reklam burada
Sizin reklam burada

Ağstafa rayon Mədəniyyət Mərkəzində yerli şair, söz ustadı Babayev Saqif Qnyaz oğlunun (Saqif Qaratorpaq) 60 illik yubileyi ilə əlaqədar geniş tədbir keçirildi

Ağstafa rayon Mədəniyyət Mərkəzində yerli şair, söz ustadı Babayev Saqif Qnyaz oğlunun (Saqif Qaratorpaq) 60 illik yubileyi ilə əlaqədar geniş tədbir keçirildi.
Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri və ictimaiyyət nümayəndələri, şairin qələm dostları iştirak edib. Tədbirin əvvəlində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən RİH başçısı Seymur Orucov yubilyarın qədim milli mədəniyyətimizin vacib ünsürlərindən olan şeir sənətinə verdiyi tövhələrdən, rayonun ictimai, mədəni həyatında göstərdiyi yüksək xidmətlərdən geniş söz açdı. Seymur Orucov Saqif Qaratorpağın 60 illik yubileyi münasibəti ilə təbrik edərək onu, Ağstafanın ictimai-siyasi həyatında fərqləndiyinə görə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.
Tədbirdə yerli incəsənət ustlarının təqdimatında musiqi nömrələri və saz havaları təqdim olunub. Şairin şeirləri səsləndirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ