Sizin reklam burada
Sizin reklam burada

Sumqayıt şəhər Ə.Kərim adına Poeziya evində görüş keçirildi

Sumqayıt şəhər Ə.Kərim adına Poeziya evində görüş keçirildi
Sumqayıt şəhər Ə.Kərim adına Poeziya evində görüş keçirildi
Sumqayıt şəhər Ə.Kərim adına Poeziya evində görüş keçirildi
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Ə.Kərim adına Poeziya evində yazarlarla görüş keçirilib.
Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının əziz xatirəsi yad edilib.
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, AYB-nin Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin, Poeziya evinin direktoru İbrahim İlyaslı, qələm adamlarından Ofelya Babayeva, Əvəz Mahmud, Rafiq Yusifoğlu, Məryəm Aslanqızı, Süleyman Hüseynov, Zakir Zahir, Zirəddin Qafarlı, Rəfiqə Şəms, Xatirə Fərəcli, Hümbət Quliyev, Almaz Ərgünəş Bəyazid, Natiq Qubadoğlu, Nazir Rüstəm, Xan Rəsuloğlu, Elşad Xaqan Davudoğlu, Ümid Abbas Nihani, Gülnar Ümid çıxış edərək, görüşlərin əhəmiyyətini, vacib və təqdirəlayiq olduğunu soyləyiblər. Daha sonra fikir mübadiləsi aparılıb, şeirlər dinlənilib və qarşıda duran vəzifələr müəyyən edilib.
Sonda AYB-nin Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirdə iştirak edən hər kəsə təşəkkür edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ