Balakən rayonunda "Yaradıcı payız" layihəsi çərçivəsində "Əllərin sehri" adlı tədbir təşkil edildi.
Sentyabrın 11-də Mədəniyyət Nazirliyinin "Yaradıcı payız" layihəsi çərçivəsində rayonun yaradıcı insanlarıyla, Balakən rayon Mədəniyyət Mərkəzinin və Ailə Biznesinə Asan Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Əllərin sehri" adlı görüş keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə nümayəndəsi Şəfəq Hacıyeva, Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev, ASAN xidmətin,ABAD-in və Mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.
Tədbirdə iştirak edən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə nümayəndəsi Şəfəq Hacıyeva "Yaradıcı payız " layihəsi haqqında tədbir iştirakçılarına məlumat verib, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib,onlara işlərində uğurlar, müvəffəqiyyətlər arzu edib.
Daha sonra iştirakçılar Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan əl işləri ilə tanış olublar.