Sizin reklam burada
Sizin reklam burada

“Maqsud Şeyxzadə” ədəbi məclisi yaradılıb

“Maqsud Şeyxzadə” ədəbi məclisi yaradılıb
“Maqsud Şeyxzadə” ədəbi məclisi yaradılıb
Ağdaş rayon Mərkəzi Kitabxanada yeni yaradılan “Maqsud Şeyxzadə” ədəbi məclisinin ilk toplantısı olub. Məclisin rəsmi fəaliyyəti elan olunduqdan sonra, qələm ustaları çıxış edərək Maqsud Şeyxzadənin həyat və yaradıcılığı barədə söhbət açıb, dahi şairin 115 illik yubileyi münasibətilə muzeydə və rayonda keçiriləcək tədbirlər haqqında müzakirələr aparıblar. Sonra məclis üzvləri Maqsud Şeyxzadənin Ev-Muzeyini ziyarət ediblər.
Qeyd edək ki, ədəbi məclis görkəmli şair və dramaturq Maqsud Şeyxzadənin 115 illiyi ərəfəsində şairin yaradıcılığının dərindən öyrənilməsi və təbliğ edilməsi məqsədilə Ağdaş rayon Maqsud Şeyxzadə Ev-Muzeyi tərəfindən təsis edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ