Sizin reklam burada
Sizin reklam burada

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib


Bakı şəhəri və Quba rayonu ərazisində son bir həftə ərzində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi Mikayıl Müşfiq küçəsində, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Həsrət Ağamalıyev küçəsində və Quba rayonu Zərdabi qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 19 460 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ