
Mətbuat cəmiyyətin güzgüsü hesab olunur. İnsanların problemləri, uğurları və gündəlik həyatı media vasitəsilə ictimaiyyətə çatdırılır. Bu baxımdan jurnalistlər cəmiyyətin səsini eşidən və onu geniş auditoriyaya çatdıran şəxslərdir.
Azərbaycan mediası sosial problemlərin işıqlandırılmasında, vətəndaşların müraciətlərinin aidiyyəti qurumlara çatdırılmasında mühüm rol oynayır. Bu fəaliyyət cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Mətbuatın gücü onun xalqın maraqlarına xidmət etməsindədir. Həqiqəti qoruyan və obyektiv mövqe nümayiş etdirən media hər zaman hörmət qazanır.
Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media işçilərini səmimi qəlbdən təbrik edirik!
Həmid Qasımov
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri
