Sizin reklam burada
Sizin reklam burada

Mətbuat və Milli Dəyərlər

Mətbuat və Milli Dəyərlər

Mətbuat milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Azərbaycan jurnalistikası tarix boyu dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin təbliğinə böyük töhfələr vermişdir.

Qəzetlər, jurnallar və digər media vasitələri xalqın tarixini, qəhrəmanlarını və milli ideyalarını yaşatmışdır. Bu gün də media vətənpərvərlik ruhunun gücləndirilməsi, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görür.

Xüsusilə gənc nəslin düzgün informasiya ilə təmin olunması və milli dəyərlərə bağlı böyüməsi üçün medianın məsuliyyəti daha da artır.

22 iyul Milli Mətbuat Günü münasibətilə bütün söz adamlarını və jurnalistləri səmimi qəlbdən təbrik edir, onlara uğurlar diləyirik!

Əliyeva Səbinə
Bakı şəhəri, Xətai rayonu 24 saylı tam orta məktəbin direktoru

  • Sosial şəbəkədə paylaş