Sizin reklam burada
Sizin reklam burada

Həsən bəy Zərdabinin İşıqlı İrsi

Həsən bəy Zərdabinin İşıqlı İrsi

Milli Mətbuat Gününü qeyd edərkən ilk növbədə Həsən bəy Zərdabinin xidmətlərini xatırlayırıq. O, “Əkinçi” qəzetini nəşr etməklə Azərbaycan xalqının maariflənməsi üçün böyük bir hərəkatın əsasını qoydu. Zərdabi xalqın savadlanmasını, elmin və mədəniyyətin inkişafını mətbuat vasitəsilə həyata keçirməyə çalışırdı.

Onun fəaliyyəti sübut etdi ki, mətbuat yalnız xəbər mənbəyi deyil, həm də cəmiyyətin tərəqqisinə xidmət edən güclü bir vasitədir. Bu gün Azərbaycan jurnalistləri Zərdabinin ideallarını davam etdirərək xalqın düzgün məlumatlandırılması istiqamətində çalışırlar.

Mətbuatın əsas missiyası həqiqəti qorumaq, cəmiyyətin problemlərini işıqlandırmaq və insanlarda sağlam düşüncə formalaşdırmaqdır. Bu missiya hər zaman aktuallığını qoruyur.

22 iyul Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media əməkdaşlarını ürəkdən təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq!

Səxavət Səlimov
“Azərenerji” ASC-nin Avtonəqliyyat İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş