
Azərbaycan mətbuatının tarixi xalqımızın milli oyanış tarixidir. 22 iyul 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə başlayan bu yol sonralar yüzlərlə qəzet və jurnalın yaranmasına təkan verdi. Mətbuat maarifçilik ideyalarının yayılmasında, ana dilinin qorunmasında və milli dəyərlərin təbliğində əvəzsiz rol oynadı.
Sovet dövründə müəyyən məhdudiyyətlər olsa da, Azərbaycan jurnalistləri peşəkarlıq ənənələrini qoruyub saxladılar. Müstəqillik illərində isə mətbuat daha geniş imkanlar əldə etdi, söz və fikir azadlığı sahəsində mühüm addımlar atıldı.
Bu gün media cəmiyyətin inkişafında mühüm institutlardan biridir. Jurnalistlər dövlət və vətəndaş arasında informasiya körpüsü rolunu oynayır, ictimai nəzarətin həyata keçirilməsinə töhfə verirlər.
22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün media işçilərinə peşə fəaliyyətlərində uğurlar arzulayır, onları səmimi qəlbdən təbrik edirik!
Səfər Əlirzayev
Azərbaycan Təmiz Texnologiyalar Şirkətinin təsisçisi, İş adamı
