
22 iyul Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm yer tutan Milli Mətbuat Günüdür. Bu tarix 1875-ci ildə görkəmli maarifçi və publisist
Həsən bəy Zərdabi
tərəfindən “Əkinçi” qəzetinin nəşrə başlaması ilə bağlıdır. “Əkinçi” yalnız qəzet deyil, xalqın maariflənməsi, milli düşüncənin formalaşması və ictimai fikrin inkişafı üçün böyük bir məktəb olmuşdur.
Azərbaycan mətbuatı keçdiyi 151 il ərzində müxtəlif tarixi mərhələlərdən keçmiş, xalqın taleyində mühüm rol oynamışdır. Çətin dövrlərdə mətbuat həqiqətin carçısı olmuş, insanların səsini cəmiyyətə çatdırmışdır. Bu gün də jurnalistlər operativ, obyektiv və qərəzsiz məlumat vermək üçün böyük məsuliyyət daşıyırlar.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı mətbuatın fəaliyyətini daha da genişləndirmişdir. İnternet mediası, televiziya, radio və sosial platformalar jurnalistikanın imkanlarını artırsa da, peşə etikası və dəqiq məlumat prinsipləri hər zaman əsas olaraq qalır.
Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və söz adamlarını ürəkdən təbrik edir, onlara yaradıcılıq uğurları, sağlamlıq və daim həqiqət yolunda əzm arzulayırıq!
Mahmud Süleymanov,
İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 1- ci müavini
