Bu çərçivədə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə növbəti görüş təşkil olunub.
Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov tərəfindən təşkil edilən görüşün əsas məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təsdiqlənmiş keyfiyyət fəaliyyət planının icra vəziyyətinin qiymətləndirilməsi, tədrisin keyfiyyətinə nəzarətin gücləndirilməsi və strateji hədəflər üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi olub.
Görüşdə müasir tədris metodlarının tətbiqi, fənn müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin fərdi bacarıqlarının inkişaf etdirilməsi və motivasiyanın yüksəldilməsi, həmçinin innovativ texnologiyaların tətbiqi və təhsil keyfiyyətinin qiymətləndirilməsi istiqamətində görüləcək tədbirlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, görüşdə dərsdinləmə prosesinə sistemli nəzarət, qabaqcıl müəllimlərin həmkar dəstəyi mexanizminin gücləndirilməsi, ustad dərslərinin təşkili və məktəblərarası təcrübə mübadiləsinin həyata keçirilməsi, fərdi yanaşmanın tətbiqi və şagirdlərin əlavə məşğələlərinin nəticəyönümlü təşkili, VI siniflər üzrə onlayn monitorinqin təşkili, IV sinif BSQ nəticələrinin mərkəzləşdirilmiş diaqnostik nəticələrlə müqayisəli təhlili, eləcə də buraxılış imtahanları ilə bağlı psixoloji dəstək və maarifləndirmə məsələləri müzakirə olunub.
Görüşün sonunda iştirakçılar təhsil müəssisələrində innovativ yanaşmaların tətbiqinin genişləndirilməsi və şagirdlərin fərdi bacarıqlarının inkişaf etdirilməsi istiqamətində prioritet məsələləri müzakirə ediblər.
