Sizin reklam burada
Sizin reklam burada

“Bir məktəb – min hekayə” sosial media layihəsinə start verilir

“Bir məktəb – min hekayə” sosial media layihəsinə start verilir

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin fəaliyyətinin daha geniş ictimaiyyətə çatdırılması, məktəb mühitində baş verən maraqlı və ilhamverici hadisələrin işıqlandırılması məqsədilə “Bir məktəb – min hekayə” adlı yeni sosial media layihəsinə start verilir.
Layihənin əsas məqsədi məktəblərin gündəlik həyatını, müəllim və şagirdlərin nailiyyətlərini, tədris prosesində baş verən yenilikləri, yaradıcı təşəbbüsləri və sosial fəaliyyətləri ictimaiyyətə təqdim etməkdir. Bu təşəbbüs vasitəsilə hər bir məktəbin özünəməxsus hekayələrinin üzə çıxarılması, təhsil mühitində müsbət nümunələrin paylaşılması və məktəblər arasında sağlam rəqabətin təşviq olunması hədəflənir.
Layihə çərçivəsində ümumi təhsil müəssisələrinin fəaliyyəti, uğur nümunələri və fərqli yanaşmaları Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəsmi sosial media hesabında dərc olunacaq.
Paylaşımlarda məktəbin gündəlik həyatı, bir günün xronologiyası, müəllim-şagird münasibətləri, dərs prosesindən maraqlı anlar, eləcə də məktəbdaxili tədbirlər və layihələr yer ala bilər.
Sosial media layihəsində iştirak etmək istəyən ümumi təhsil müəssisələri hazırladıqları video və ya foto materialları təhsil müəssisəsinin rəsmi sosial media hesabında #BirMəktəbMinHekayə həştaqı ilə paylaşmalıdırlar.
Yekunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəsmi sosial media hesablarında dərc olunmuş və ictimaiyyət tərəfindən daha çox maraq doğuran video və ya foto materialın müəllifləri təşəkkürnamə ilə təltif olunacaqlar.
#BirMəktəbMinHekayə

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ