Sizin reklam burada
Sizin reklam burada

Vətən müharibəsi iştirakçısı qətlə yetirildi

Vətən müharibəsi iştirakçısı qətlə yetirildi


Gəncədə 24 yaşlı oğlanın öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada aldığı xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, Unikal.az R.Məmmədovun Vətən müharibəsi iştirakçısı olduğu yazıb.

  • Sosial şəbəkədə paylaş