Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
Hadisə axşam saatlarında Ələt-Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı ağır xəsarət alan piyada, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılov ölüb.
Nocomment.az-ın məlumatına görə, iki uşaq atası olan T.İsmayılov SOCAR-ın Dalğıc və Qəza-Xilasetmə İdarəsində çalışıb. O, işdən qayıdarkən Ələt–Astara avtomobil yolunda nəqliyyat vasitəsindən düşərək evinə gedən zaman qəzanın qurbanı olub.
Faktla bağlı araşdırma aparılır.
