Yanvarın 18-də 2025-2026-cı tədris ili üçün Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi təşkil olunub. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində 7 mərkəz üzrə ümumilikdə 2 755 şagird müsabiqədə iştirak edib.
Qeyd etmək istərdik ki, respublika fənn olimpiadaları ümumi təhsil müəssisələrinin 8, 9, 10 və 11-ci sinifləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, biologiya, informatika, fizika və kimya fənləri üzrə xüsusi istedada malik olan şagirdləri aşkarlamaq, onların bilik və bacarıqlarını qiymətləndirmək, məktəblilərin həmin fənlərə olan maraqlarını artırmaq məqsədilə hər tədris ilində bir dəfə olmaqla keçirilən bilik yarışıdır.
Bütün olimpiada iştirakçılarına uğurlar arzu edirik!
#MərkəziAranRTİ #EduAz #MÜTDA #ARTİ #RFO
