İyulun 9-da müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi ilə yaxından tanış olmaq məqsədilə ictimaiyyət nümayəndələri üçün infotur təşkil olunub.
İnfoturda Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova, digər struktur bölmə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin məqsədi müəllimlərin işə qəbulu prosesində şəffaflıq və obyektivliyin təmin olunmasını ictimai müşahidə yolu ilə qiymətləndirmək olub.
Ətraflı: https://muallim.edu.az/.../miq-uzre-musabiqenin-test...
#MÜTDA #EduAz #AzərbaycanMüəllimi #MİQ #İnfotur
