arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var - YENİLƏNDİ

Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var - YENİLƏNDİ

Ötən gün axşam saatlarında Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib.

Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb.

Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

***

Şamaxıda mikroavtobus qəzaya uğrayıb.

Hadisə Şamaxı - Çöl Göylər - Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb.

Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir və Ağsu Rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.

Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ