Sizin reklam burada
Sizin reklam burada

27 mindən çox abituriyentin müsabiqədən kəsilməsinin səbəbi bu imiş

27 mindən çox abituriyentin müsabiqədən kəsilməsinin səbəbi bu imiş



İxtisas seçiminin birinci mərhələsi artıq başa çatıb və nəticələr ictimaiyyətə açıqlanıb. 55656 nəfər tələbə adını qazanmağın sevincini yaşasa da, düzgün seçim etmədiyi üçün müsabiqədən kənarda qalan abituriyentlərin də sayı az deyil. Təəssüflər olsun ki, 27.227 abituriyent birinci mərhələdən kəsilib. Maraqlıdır, bu qədər şəxsin ixtisas seçimindən kənarda qalmasına səbəb olan məqam nədir?

Təhsil eksperti Ramin Nurəliyev “Yeni Sabah”a açıqlamasında sözügedən mövzu ilə bağlı sualları belə cavablandırıb:

“Nəticələr elan olundu və ixtisas seçimində iştirak edənlərin üçdə biri bu müsabiqəni keçə bilmədilər. Bunun əsas səbəbi az bal toplayan abituriyentlərlə bağlıdır. Blok imtahanında 100 balı keçə bilməyənlərin sayı kifayət qədər olduğuna görə, müsabiqə şərtləri çox gərgin keçdi. Həmin şəxslər məhdud sayda ixtisaslara müraciət edə bildilər. Həmin ixtisaslara çox sayda abituriyentin yüklənməsi burada balların artmasına gətirib çıxarır. Nəticədə zəif bal toplayanlar müsabiqədən kənarda qalırlar. Bununla yanaşı, yüksək bal toplayan abituriyentlər də düzgün ixtisas seçimi etmədikləri üçün müsabiqədən kəsildilər. 390-450 bal toplayan şəxslərin sayını nəzərə alsaq, bu heç də kiçik bir rəqəm deyil. Əvvəlcədən də, qeyd etmişdik ki, buraxılış imtahanında suallar asan olduğu üçün balların yüksəlməsi ehtimal olunur. Bu ehtimal özünü doğrultdu. 1-ci və 3-cü ixtisas qrupunda ballar yüksək dərəcədə artdı. 400 bal yığan abituriyent Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ötən ildə olan keçid balına baxır, 200-280 bal olduğunu nəzərə alaraq, düşünür ki, sonda bu yeri qeyd edib ən pis ehtimal olaraq bu ixtisasa düşəcəm. Ancaq ADNSU-da əvvəlki ildə olan balların düşməsi çox fərqli situasiya idi. Çünki keçən il 1-ci ixtisas qrupunda ballar ciddi şəkildə düşmüşdü. Abituriyent bunu nəzərə almadan aşağı balları görüb həmin ixtisasları seçərək, müsabiqədən kənarda qaldı. Çünki düzgün analiz aparmadan, statistik təhlil və nəticələrə diqqət yetirmədən özü tək başına ixtisas seçimi edib. Hətta müəllimləri ilə birgə ixtisas seçimi edərək, müsabiqədən kənar qalan abituriyentlər də var”.

Ekspert ali məktəbə qəbul olmaq istəyənlərə vacib tövsiyələr verib:

“İxtisas seçimi edərkən, ilk növbədə, abituriyentlər keçənilki ballara baxmamalıdırlar. Sadəcə müqayisə edərək, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi nəşr edilən bal aralığlarına nəzər salmalı, yaxud ümumi statistikanı çıxarmalıdır. Hər ixtisas qrupu üzrə, hər bal aralığında nəticələrin nə qədər fərqlənəcəyini analiz edəndən sonra ixtisas seçiminə qatılmalıdır. Əgər abituriyent ideal balını ortaya çıxarmadığı təqdirdə seçimə daxil olarsa, təbii ki, hüsrana uğrayacaq.

Blok imtahanında 100 balı keçmədən limitli sayda ixtisaslara müraciət edənlər və yüksəl bal toplasa da, düzgün ixtisas seçimi etməyən abituriyentlər boş qalan yerlərə müraciət edə biləcəklər. Ancaq 390-450 balla birinci seçimdə daha yaxşı yerlərə qəbul ola biləcəyi halda, təəssüf ki, ikinci müsabiqədə həmin ixtisasları seçə bilməyəcəklər. Çünki yalnız jurnalda əks olunan mövcud ixtisasları seçmək hüquqları olacaq.

Bu kimi halların baş verməməsi üçün bütün abituriyentlər blok imtahanında minimum keçid olan 100 balı mütləq toplamalıdır. Beləliklə, bütün ixtisaslara müraciət etmə şansı əldə etmək mümkündür. Digər önəmli məqam isə, heç bir abituriyent birinci ixtisas seçimi mərhələsində analiz etmədən seçimə qətiyyən qoşulmasın. Ən azından mütəxəssislərə müraciət edib analiz statistikasını əldə etsin”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ