Sizin reklam burada
Sizin reklam burada

Sürücülük vəsiqəsi almaq bahalaşdı

Sürücülük vəsiqəsi almaq bahalaşdı



Almaniyada sürücülük vəsiqəsi almaq son üç ildə bahalaşıb.

Publika.az xəbər verir ki, bu barədə Federal Statistika İdarəsi məlumat verib.

Bildirilir ki, vəsiqə üçün qiymətlər 2021-2023-cü illər arasındakı inflyasiyadan sonra xeyli bahalaşıb.

2021-ci ildə qiymət artımı 9,6 faiz olduğu halda, 2022-ci ildə 10,8 faiz, 2023-cü ildə 7,6 faiz olaraq statistikada əks olunub.

Sürücülük vəsiqəsinin alınmasının qiyməti hazırda 2100-4400 avro (təxminən 3.9-8.2 min manat) arasında dəyişir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ