Sizin reklam burada
Sizin reklam burada

Qida zəhərlənməsindən qorunmaq üçün hansı qaydalara əməl etməliyik?

Qida zəhərlənməsindən qorunmaq üçün hansı qaydalara əməl etməliyik?


İsti havalarda, yaz-yay aylarında qida zəhərlənmələrinə daha çox təsadüf edilir.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəhərlənmələrindən qorunmaq üçün hansı tövsiyələrə əməl etmək lazım olduğunu təqdim edib.

Həmin tövsiyələri təqdim edirik:

- Əllər yemək hazırlamazdan öncə, balıq, ət və quş əti kimi çiy qidalarla təmasdan sonra yaxşı yuyulmalı;

- Mətbəx masası təmiz saxlanmalı, xüsusilə çiy ət, quş əti, balıq, çiy yumurta və tərəvəzlə təmasdan sonra yaxşı təmizlənməli;

- Əldə yara olarsa, yemək hazırlamazdan əvvəl sarğı ilə bağlanmalı;

- Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiy istehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməli;

- Yeməkləri, xüsusilə ət yeməklərini bişirərkən tam bişdiyindən əmin olmalı;

- Çiy ət, toyuq, balıq, yumurta və digər çiy istehlak edilməyən qidaların bişmiş qidalarla təmasına yol verməməli;

- Dondurulmuş qidaları donunun açılması üçün otaq temperaturunda deyil, soyuducunun alt bölməsində saxlamalı;

- İstifadə müddəti keçməsə belə, xarabolma əlamətləri olan qidaları istehlak etməməli;

- Yeməkləri, salatları, xüsusilə kremli şirniyyatı iki saatdan artıq soyuducudan kənarda saxlamamalı;

- Botulizm riskini nəzərə alaraq, ev şəraitində turşu hazırlayarkən məhsulların çox yaxşı yuyulması və sterilizasiyasına xüsusi diqqət yetirməli;

- Tanımadığımız göbələyi yığmamalı və istehlak etməməli;

- Qidaları onların xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlamalı;

- Yeməyi bişirdikdən sonra yalnız bir dəfə qızdırmalı və ya dondurmalı.

Qeyd edək ki, zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik təhlilinə əsasən, ölkəmizdə qida zəhərlənmələrinin 75%-i məişət zəminində baş verir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ