Sizin reklam burada
Sizin reklam burada

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ




Nərimanov rayonunun Ceyhun Hacıbəyli 22 ünvanında qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Sabunçu rayonunun Maştağa qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərinin hava kompressor vasitəsi ilə kipliyə sınaq olunması və Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsi 81 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 15.05.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Publika.az-a “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunub ki, təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonunun Ceyhun Hacıbəyli, Ülvi Bünyadzadə, Ruhulla Axundov, Bakıxanov, Natiq Şahbazov küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin (tam olaraq) və Bilgəh qəsəbəsinin (bir hissəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ