Sizin reklam burada
Sizin reklam burada

Smartfonlarla bağlı QORXULU AÇIQLAMA: "Sağlamlığa daha çox zərər vuracaq"

Smartfonlarla bağlı QORXULU AÇIQLAMA: "Sağlamlığa daha çox zərər vuracaq"

"Stocklytics"in mütəxəssisləri gələcəkdə smartfonların sağlamlığa daha çox zərər verəcəyini bildiriblər.

Publika.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Tədqiqat müəlliflərinin proqnozuna görə, texnologiyanın inkişafı ilə smartfonlardan gələn radioaktiv şüalanma daim artacaq - onlar insanlar üçün əsas şüalanma mənbəyinə çevriləcək.

Mütəxəssislər qeyd ediblər ki, 2G, 3G və 4G tezliklərində işləyərkən qurğular təxminən 0,7-2,7 giqahers tutur. 5G-nin meydana çıxması ilə smartfonlar daha geniş spektri - 80 giqagers-ə qədər tutdu.

"Tezliyin əhəmiyyətli dərəcədə artması radiasiya səviyyəsinin daha da yüksək olması ehtimalı ilə bağlı narahatlıqları artırır", - hesabatda deyilir.

Materialda həmçinin radioaktiv şüalanma səviyyəsi və ya orqanizmin radiotezlik enerjisini udma sürətini təyin edən xüsusi udma dərəcəsi (SAR) ilə seçilən telefonların siyahısı verilib. Reytinqin lideri "Xiaomi Mi A1" olub, o, hər kiloqram üçün 1,75 vatt SAR alıb.

"Smartfon istehsalçıları həddindən artıq radiasiyaya məruz qalma ilə bağlı riskləri azaltmaq üçün cihaz dizaynını təkmilləşdirməlidirlər", - "Stocklytics" analitiki Edit Rids deyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ