Sizin reklam burada
Sizin reklam burada

"Telegram" istifadəçilərinə ÜZÜCÜ XƏBƏR: bu cihazlarda giriş bloklanır

"Telegram" istifadəçilərinə ÜZÜCÜ XƏBƏR: bu cihazlarda giriş bloklanır


"Apple" bütün cihazlarda "Safari" brauzerində "Telegram" domenini (t.me) bloklamağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə iPhones.ru məlumat yayıb.

"Safari" brauzerinin mobil versiyası "Telegram"a aparan keçidi izləməyə çalışarkən təhlükəli resurs barədə xəbərdarlıq edən qırmızı banner yükləyir. Bu xəbərdarlığa məhəl qoyula bilməz.

“Bu vebsayt sizi aldatmağa cəhd edə bilər ki, proqram təminatı quraşdırmaq, parollar, telefon nömrələri, kredit kartı məlumatı kimi şəxsi və ya maliyyə məlumatlarını vermək kimi təhlükəli işlər görsün”, - məlumatda deyilir.

Qeyd edilib ki, "Safari"nin "macOS" versiyasında isə "Telegram"-a keçidlər sadəcə yüklənmir.

Bu problemin nədən qaynaqlandığı barədə məlumat verilmir. "Telegram" və "Apple" xəbərin dərci zamanı vəziyyəti şərh etməyiblər.

Ehtimal edilir ki, "Apple" təsvir olunan məhdudiyyəti aprelin 11-də şirkətin istifadəçilərinə xəbərdarlıq etdiyi "Apple ID" hesablarının kütləvi şəkildə sındırılmasından sonra tətbiq edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ