Sizin reklam burada
Sizin reklam burada

​​​​​​​Azərbaycanda Ramazan bayramıdır

​​​​​​​Azərbaycanda Ramazan bayramıdır


Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. İnanca görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Bütün Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Bu bayramda könlünüz bütün dərdlərdən uzaq olsun, qəlbiniz hüzurla dolsun.

Bu mübarək gündə ürəyinizi hüzur və xoşbəxtliklə doldurmaq niyyəti ilə, Ramazan bayramınız mübarək!

​​​​​​​Azərbaycanda Ramazan bayramıdır
Mahmud Süleymanov,
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1- ci müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ