Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son mart ayı ərzində rayon ərazisində keçirilən əməliyyatlarla narkotiklərin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz silah saxladıqlarına görə 51 nəfər saxlanılıb.
Qanunsuz dövriyyədən 8 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Bundan başqa əməliyyat yolu ilə 6 “Kalaşnikov” avtomatı, 1 tapança, 3 patron darağı və 23 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.