Sizin reklam burada
Sizin reklam burada

Narkotik


Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Orxan Vəliyev saxlanılıb. Ondan 49 qram marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 120 qramdan artıq marixuana, metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Akşin Rüstəmovdan isə 440 qram marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ