Sizin reklam burada
Sizin reklam burada

“WhatsApp”dan videolarla bağlı YENİLİK

“WhatsApp”dan videolarla bağlı YENİLİK


“iOS” əməliyyat sistemi əsasında qurulan cihazlar üçün məşhur “WhatsApp” messencerində videoları geri çəkməyə imkan verən yeni funksiya yaradılıb.

Publika.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Məlumata görə, “WhatsApp” tərtibatçıları videonun geri çəkilməsi variantını təqdim ediblər.

“Videonu geri çəkmək üçün ekranın kənarına iki dəfə toxunmaq lazımdır” – nəşr yazıb.

Bildirilib ki, seçim bütün hesablar üçün mövcud olmaya bilər, indi bu funksiyadan iOS əsasında işləyən smartfon sahibləri istifadə edə bilərlər. Funksiya yaxın gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ