Sizin reklam burada
Sizin reklam burada

Mərkəzi Aran Regional Təhsil İdarəsi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinə tərbiyəçi-müəllimlərin işə qəbulunu elan edir

Mərkəzi Aran Regional Təhsil İdarəsi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinə tərbiyəçi-müəllimlərin işə qəbulunu elan edir


Mərkəzi Aran Regional Təhsil İdarəsi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinə tərbiyəçi-müəllimlərin işə qəbulunu elan edir.
Layihə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəbəqədər təhsildə keyfiyyətin artırılması və ona çıxış imkanlarının yaradılması, eyni zamanda icma-məktəb əlaqələrinin gücləndirilməsidir. Layihə çərçivəsində icmalarda 3-5 yaşlı uşaqlar üçün xüsusi resurslarla təmin olunmuş sinif otağı təşkil olunacaqdır. Uşaqlar həftə ərzində 4 dəfə 2-2.5 saat olmaqla məktəbəqədər təhsilə cəlb olunacaqlar.
Layihəyə qəbul olunmuş tərbiyəçi-müəllimlər icmada xüsusi yaradılmış qruplarda müəyyən zaman çərçivəsində 3-5 yaşlı uşaqların məktəbəqədər təhsili ilə məşğul olacaqlar. Tərbiyəçi-müəllimlər bununla bağlı mütəmadi olaraq xüsusi təlimlərdə iştirak edəcəklər.
İcma qrupları ilə işin təşkili və təlimlərə qatılma xərcləri layihə tərəfindən qarşılanacaqdır.
Kimlər tərbiyəçi-müəllim ola bilər?
- Yeni açılacaq icma mərkəzinin yerləşdiyi məktəbə yaxın ərazidə (daimi) yaşamaq;
- 3-5 yaşlı uşaqlarla işləmək arzusu, biliyi və bacarığı olması;
- Həftədə 4 dəfə 2 – 2,5 saat olmaqla tədris prosesini təşkil etmək imkanına malik olmaq;
- Ali və ya orta ixtisas təhsilli namizədlərə, xüsusən də erkən uşaqlıq təhsili və ya əlaqəli sahələrdə ixtisasları olan namizədlərə üstünlük verilir.
Müraciət qaydaları və seçim mərhələləri:
- Ərizə (Elektron müraciət) formasının doldurulması
- Ərizəçi meyarlarına cavab verən namizədlər imtahan mərhələsinə dəvət olunur
- İmtahanın keçiriləcəyi yer, tarix və saatı barədə əvvəlcədən namizədlərə məlumat verilir.
- Müsabiqə mərhələsi
- Müsahibə mərhələsi
Müraciət üçün son tarix:
- 04 aprel 2024-cü il
Qeydiyyatdan keçmək üçün keçid linki:
https://forms.gle/AEb8t1bpDxUzHmHV7
Mərkəzi Aran RTİ üzrə vakant yerlərin siyahısı: https://ref.az/32wkwUK
#EduAz #MÜTDA #MərkəziAranRTİ

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ