Sizin reklam burada
Sizin reklam burada

Prezident Novruz Aslanı təltif etdi

Prezident Novruz Aslanı təltif etdi


Bu gün Milli Məclisin üzvlərinə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Qeyd edək ki, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı əvvəllər Milli Məclisdə fəaliyyət göstərmiş bir neçə şəxsə də təqdim olunub.

Milli Məclisin deputatı, Novruz Aslanova da “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. Millət Vəkili öz sosial şəbəkə hesabında yazıb.

““Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görüldüyüm üçün qürur hissi keçirirəm. İlk növbədə ona görə ki, bu təltif xalqımızın və müstəqil Azərbaycanın Xilaskarı-Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Dövlət təltifinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən layiq görülməyim isə bir azərbaycanlı kimi mənim üçün xüsusi qürur mənbəyidir. Göstərilən yüksək diqqətə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Ulu Öndərin siyasi irsi Prezident İlham Əliyevin Liderliyi ilə Xalqımıza və Dövlətimizə bundan sonra da yalnız Qələbələr gətirəcək.”-deyə Novruz Aslanov qeyd edib.
Biz də Xəbərlər İnformasiya Agentliyi olaraq hörmətli deputatımız Novruz Aslanı ürəkdən təbrik edirik.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ