Martın 11-də Nizami rayonu ərazisindən “KİA” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Səbuhi Məmmədli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
