Sizin reklam burada
Sizin reklam burada

Soyğunçuluq

Soyğunçuluq

Fevralın 24-də axşam saatlarında Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin mobil telefonu, qulaqlığı, içərisində pulu, bank kartları və sənədi olan pulqabısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Daşqın Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş