Sizin reklam burada
Sizin reklam burada

FİKRƏT ZƏRGƏRLİ.. Azərbaycan kardiocərrahiyyəsinin banisinin vəfatından 40 il keçir..

FİKRƏT ZƏRGƏRLİ.. Azərbaycan kardiocərrahiyyəsinin banisinin vəfatından 40 il keçir..


FİKRƏT ZƏRGƏRLİ..
Azərbaycan kardiocərrahiyyəsinin banisinin vəfatından 40 il keçir..
Respublikamızın tibb sahəsi- milli kardiocərrahiyyənin banisi, Azərbaycanda ilk ürək cərrahiyyəsi məktəbinin yaradıcısı, tibb elmləri doktoru, professor FIKRƏT İSMAYIL OĞLU ZƏRGƏRLİnin vəfatından 40 il keçir. ( 1929 – 1984 )
F. Zərgərli 1929-cu ildə Bakı şəhərində anadan olub. əslən Salyan rayonundan idi. Qısamüddətli xəstəlikdın sonra 1984-cü ildə vəfat edib. 1947-ci ildə 6 №-li məktəbi gümüş medalla bitirib N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1949-cu ildə isə İ. M. Seçenov adına Moskva Tibb İnstitutuna keçib və həmin tibb müəssisəsini fərqlənmə ilə bitirib.
Bilik və savadına görə F. Zərgərlini Moskva Tibb İnstitutunun hospital cərrahiyyə kafedrasına dəvət etmişlər. Müvəffəqiyyətlə aspiranturanı bitirdikdən sonra o, 53 №-li Moskva şəhər xəstəxanasında təcili cərrahiyyə üzrə növbətçi cərrah kimi çalışırdı. Daha sonra isə 1967-ci ildə F. Zərgərli öz fəaliyyətini A. L. Myasnikov adına Elmi Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsi rəhbəri vəzifəsində davam etdirdi. 1966-cı ildə bir qrup cərrahlarla könüllü olaraq zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə Daşkəndə yola düşmüşdü.
1968-ci ildə "Fallo kompleksinin cərrahiyyə müalicəsi" mövzusunda doktor dissertasiyasını müdafiə etdi. Həmin dissertasiya ən ağır və geniş yayılmış anadangəlmə ürək qüsurlarından birinə həsr olunub.
Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin dəvəti ilə 1976-ilin oktyabr ayında F. Zərgərli Bakıya qayıtmışdır.
1978-ci ildən etibarən o, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı oldu. Qısa bir müddətdə istedadlı alim Azərbaycanda nümunəvi cərrahi şöbə yaratmış, ürəyin ritm pozulmalarını, anadangəlmə və qazanılmış ürək qüsurlarının cərrahi üsulla müalicə metodlarını işləyib hazırlamışdır. Bu şöbə sonradan böyüyüb Respublika Kardiologiya Mərkəzinə çevrilmişdir. Müxtəlif illərdə Moskva və Bakı şəhərlərində F. Zərgərlinin rəhbər etdiyi şöbələrdə açıq ürək üzərində 1500 əməliyyat aparılmışdır.
O, məşhur akademik B. V. Petrovski tərəfindən aparılan dünyada ilk əməliyyatlardan sayılan ürək anevrizması əməliyyatında yaxından iştirak etmişdir. Həmçinin, o, 150-dən çox elmi əsərlərin, məruzə və məqalələrin müəllifidir. Fikrət həkim dəfələrlə Almaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Fransa və s. ölkələrdə "Ürəyin blokadasına" aid mövzularla simpoziumlarda çıxış edib.
Ruhu şad olsun!
Tale mənə Azərbaycan kardioocərrahiyyəsiinin banisiini hələ Bakıya yeniicə gəldiiyi vaxtlarda tanımaq şansı verib- 1977-cii iliin oktyabrında tanıdım onu. Onda 2-ci kurs tələbəsi idim. Bir damın altında doğulub qardaş kimi böyüdüyümüz əmioğlu İkramda anadangəlmə ürək qüsuru vardı, 1977-ci ilin oktyabrında onu başqa xəstəxanada əməliyyata girən günü təsadüfən öyrəndiik ki, Moskvadan çox savadlı ürək cərrahı gəlib, ünvanını öyrəniib İkramı qaçırdıq xəstəxanadan və Eksperimental klinik xəstəxanaya üz tuutduq professor Fikrət Zərgərliniin yanına. O, İkramı müayiinə edib düz 2 il müalicə etdi və 1979-cu il dekabrın 13-də əməliyyat etdi. Bu əməliyyat ilə Azərbaycanda ilk ürək əməliyyatı idi, ölkəmizdə kardocərrahiyyəniin təməlini qoydu, və bütün həkim kollektivi professor özü də daxil olmaqla, İkrama “Qaqarin” deyirdi, ilk olduğuna görə. Bu əməliyyatı F.İ.Zərgərli 50 illik yubileyindən cəmi 5 gün sonra etdi. O əməliiyyat hamısı lentə çəkilib və Moskvadan nəzarət edilirdi. Çox uğurlu alındı. Ondan sonra çox insanlar ürək bəlalarından xilas oldu Zərgərlinin sayəsində, bacarıqlı və mehriban kolektiv topladı ətrafında böyük təbib, istedadlıları Moskvaya oxumağa göndərdi. Cəmi 4 il sonra özü xəstəlikdən dünyasını dəyişsə də, yaratdığı Məktəb davam edir. Bu gün də o Məktəbin davamçıları ilə doğma və dostluq münasibətlərimiz davam edir. Oqtay Hacıyev, professor Fazil Abbasov, Fuad Abdullayev və başqaları. Çoxları dünyasını dəyişib. Məktəb davam edir. Bu gün Azərbaycanda ürək xəstəlikləri asanlıqla müalicə olunursa, əməliyyatlar kəmiyyət və keyfiyyətcə xeyli irəliləyib inkişaf edibsə- bu böyük Yolun başlanğıcında böyük alimimiz F.Zərgərli və onun komandası dayanır. Hər zaman bu da böyük ehtiramla yad olunur. Biz hər il dekabrin 13-də İkramın 2-ci ad gününə toplaşırıq.. Təbii ki ilk olaraq böyük şəfalı insanın ruhu yad edilir, onun komandasının üzvlərilə əlaqə saxlayırıq.. Böyük dostluq yaşadığımız Oqtay Hacıyev isə özünü F.Zərgərlinin mənəvi övladı hesab edir və daim onun xidmətlərini gənc nəslin yaddaşına köçürmək üçün böyük işlər görür. Bir faktı xatərladım ki, F.Zərgərli ömrünün son günlərini də məhz Oqtay həkimlə birgə keçirib, Oqtay onu hara lazımdırsa həkimlərə aparıb Moskvada. İkramın atası Ağabəy əmi hər il xeyirxah həkimin ruhuna ehsan verirdi, tez –tez ailəsinə baş çəkirdi. Həyat yoldaşı Səmayə xanım, övladları İsmayıl və Nərgiz xanım bizlərə doğmalaşmış insanlardı.
O vaxtın ən məşhur ifaçımız, SSRİ xalq artisti Zeynəb Xanlarova “Mehriban həkim” mahnısını oxuyurdu Fikrət həkimə həsr olunmuş.
Bu gün F.İ.Zərgərlinin ölməz ruhunu bir daha ehtiramla yad edirik və böyük minnətdarlıqla xatırlayırıq, ürək verdiyi insanların ürəyində yaşayan Ölməz professor!.. Ruhun şad olsun dahi Təbibimiz!..
XEYRULLA AĞAYEV
Yazıçı-jurnalist

  • Sosial şəbəkədə paylaş