Sizin reklam burada
Sizin reklam burada

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə H.Zərdabi adına 1 saylı məktəb-liseyində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə H.Zərdabi adına 1 saylı məktəb-liseyində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə çıxış edən şöbə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Murad Asifoğlu dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. O, bildirib ki, bu yola düşən şəxslər öz həyatlarını məhv etməklə yanaşı gələcəklərini ağ ölümə qurban verir və düçar olduqları bəladan qurtula bilmirlər.
Daha sonra çıxış edən təhsil ocağının müəllimləri keçirilən maarifləndirici tədbirə görə təşkilatçılara öz minnətdarlığını bildiriblər.
Tədbirin sonunda narkotiklərin zərərlərindən bəhs edən videoçarx nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ