Sizin reklam burada
Sizin reklam burada

Paytaxtın Qaraçuxur qəsəbəsi ərazisində bir nəfərin “Ford” markalı avtomobilindən mobil telefonunun oğurlanması və bank kartından 826 manatının çıxarılması barədə polisə məlumat daxil olub

Paytaxtın Qaraçuxur qəsəbəsi ərazisində bir nəfərin “Ford” markalı avtomobilindən mobil telefonunun oğurlanması və bank kartından 826 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) də axtarışda olan Emin Abdullayev saxlanılıb.

  • Sosial şəbəkədə paylaş